İrakli Ğaribaşvili - Gürcüstan bazar ertəsi günündən etibarən kütləvi peyvəndləməyə başlamağa hazırdır
İrakli Ğaribaşvili - Gürcüstan bazar ertəsi günündən etibarən kütləvi peyvəndləməyə başlamağa hazırdır

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin sözlərinə görə, kütləvi peyvəndəmə artıq bazar ertəsi günündən etibarən başladılacaq. İrakli Ğaribaşvili bu barədə Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.

İrakli Ğaribaşvilinin də qeyd etdiyi kimi , Gürcüstan bu gün “Sinovac” və “Sinopharm”-ın milyon doza peyvəndini qəbul edib.

“Bu gün milyon doza peyvənd gətirildi. Bu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən avtorizasiya tanınan Çin istehsalı “Sinopharm” və “Sinovac” peyvəndləridir, xalqımız bunu yaxşı tanıyır .Bir milyon doza artıq yerindədir. Artıq bazar ertəsi günündən etibarən kütləvi peyvəndləmə prosesinə başlamağa hazırıq. Növbəti dozaların gətirilməsi ilə əlaqədar əhaliyə əlavə məlumat vermək istəyirəm. Bildiyiniz kimi, son bir neçə aydır ki, birbaşa istehsalçılar ilə işləyirik. Çin peyvəndlərində olduğu kimi, fəal şəkildə danışıqlar apardıq və bu uğurla nəticələndi . Əlavə milyon doza yenə gözləyirik və ehtimal ki, yaxın bir neçə həftə ərzində, bir aya gətiriləcək. Yarım milyon doza “Sinopharm” və yarım milyon doza “Sinovac”. Biz ümumilikdə iki milyon sifariş vermişik” -deyə Ğaribaşvili bildirib.