İrakli Ğaribaşvili - Gürcüstan Azərbaycan və Ermənistanla strateji, dostluq tərəfdaşlığına malikdir, Gürcüstan qərəzli ola bilməz, qərəzsiz mövqe hər üç ölkənin marağındadır
İrakli Ğaribaşvili - Gürcüstan Azərbaycan və Ermənistanla strateji, dostluq tərəfdaşlığına malikdir, Gürcüstan qərəzli ola bilməz, qərəzsiz mövqe hər üç ölkənin marağındadır

 
Gürcüstan Azərbaycanla strateji tərəfdaşlıq, dostluq münasibətinə malikdir, eləcə də qardaş Ermənistanla da strateji tərəfdaşlıq və həmçinin dostluq münasibətlərinə malikdir. Gürcüstan qərəzli ola bilməz, biz 100% neytralıq və bu vəziyyətdə heç bir tərəfi tuta bilmərik – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Paris Sülh Forumunda panel müzakirəsi zamanı açıqlayıb.

Panelin moderatoru Gürcüstan hökumətinin başçısına Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sualla müraciət edib.

İrakli Ğaribaşvili bildirib ki, Gürcüstanın müdafiə mexanizmləri, neytrallığı və qərəzsiz mövqeyi regionda olduqca vacibdir və bu, Gürcüstanın Baş nazirinin sözlərinə görə, hər üç ölkənin marağındadır.

“Gürcüstan Azərbaycanla strateji tərəfdaşlıq, dostluq münasibətinə malikdir, eləcə də qardaş Ermənistanla da strateji tərəfdaşlıq və həmçinin dostluq münasibətlərinə malikdir. Gürcüstan qərəzli ola bilməz, biz 100% neytralıq və bu vəziyyətdə heç bir tərəfi tuta bilmərik. Dostum Nikol Paşinyan bu mövqeyi olduqca yaxşı bilir. Eyni şeyi dostum İlham Əliyev haqqında da deyə bilərəm və bu sualları liderlərə, baş nazir Paşinyana və prezident Əliyevə ünvanlamalısınız. Mən bunu şərh etməyəcəm, çünki bizim müdafiə mexanizmlərimiz, neytrallığımız və qərəzsiz mövqeyimiz regionumuzda olduqca vacibdir və bu, hər üç dövlətin marağındadır. Keçən ay “Tbilisi İpək Yolu Forumu”na ev sahibliyi etdiyimiz zaman və dostum Nikol Paşinyan, eləcə də baş nazir Əli Əsədov Gürcüstana gələndə çox məhsuldar görüş keçirdik, əyləşərək regionumuz, gələcək əməkdaşlıq, baş nazir Paşinyanın təsvir etdiyi bütün maneələri və çətinliyi necə aşacağımız haqqında söhbət etmək imkanımız oldu. Fikrimcə, Gürcüstan qeyd olunan neytral mövqeyini saxlamalıdır”- deyə Ğaribaşvili açıqlayıb.