İrakli Ğaribaşvili - Gürcüstan Avropa Komissiyasından aldığı sorğu anketinin birinci hissəsi üzrə işini başa çatdırdı və Karl Hartselə 2 mayda göndərəcək
İrakli Ğaribaşvili - Gürcüstan Avropa Komissiyasından aldığı sorğu anketinin birinci hissəsi üzrə işini başa çatdırdı və Karl Hartselə 2 mayda göndərəcək

Gürcüstan Avropa Komissiyasından aldığı sorğunun birinci hissəsi üzərində işini başa çatdırdı və doldurulmuş sorğu mayın 2-də, bazar ertəsi Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin rəhbəri, Karl Hartselə təhvil veriləcək, – bu barədə İrakli Ğaribaşvili Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üzrə hökumət komissiyasının bu gün baş nazirin rəhbərlik etdiyi hökumət administrasiyasında keçirilən 63-cü iclasında bəyan etdi.

İrakli Ğaribaşvili bu prosesdə iştirak edən bütün idarələr və sorğunun birinci hissəsinin doldurulmasında göstərdiyi səylərə görə hər bir şəxsə təşəkkürünü bildirdi.

Hökumət administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, baş nazirin tapşırığına uyğun olaraq, 33 fəsildən ibarət və bütün sektorlar üzrə 2300-ə qədər sualı özündə birləşdirən sorğunun ikinci, sahəvi hissəsinin doldurulması istiqamətində fəal iş aparılır. İclasda anketin ikinci hissəsinin doldurulması üçün son tarixlər müzakirə olundu. Prosesin intensiv xarakter aldığı qeyd edildi. Avropa İttifaqı sorğunun ikinci hissəsinin təqdim edilməsi üçün mayın 13-nə təyin edib, lakin Gürcüstan hökuməti anketi Avropa İttifaqına mümkün qədər tez təqdim etmək istəyir.

Hökumət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, baş nazir bugünkü iclasda anketin birinci hissəsi kimi ikinci, sahəvi hissəsinin də ictimaiyyətə açıqlanmasına qərar verdi. İrakli Ğaribaşvili dövlət idarələrini sorğunun ikinci hissəsi ilə bağlı aktiv işi davam etdirməyə çağırıb ki, birinci hissə kimi, onun da ən səmərəli və tez başa çatdırılması mümkün olsun.

Doldurulmuş sorğu vərəqəsinin təqdim edilməsindən sonra Avropa Komissiyası Avropa İttifaqı Şurasına təqdim olunacaq öz qiymətləndirmə hesabatını hazırlamağa başlayacaq və müvafiq qərarın iyunun sonunda qəbul edilməsi gözlənilir.