İrakli Ğaribaşvili - Gürcüstan Avropa İttifaqı və bölgədəki partnyorları ilə əlaqələri dərinləşdirməklə təhlükəsizliyini gücləndirmək potensialına malikdir
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda iştirak edir.
Hökumət başçısı “tvitter” sosial şəbəkəsində yazır ki, Gürcüstan Avropa İttifaqı və bölgədəki partnyorları ilə əlaqələri dərinləşdirməklə təhlükəsizliyini gücləndirmək potensialına malikdir və bölgədə və onun hüdudlarından kənarda sülh və sabitliyi təmin edə bilər.
“Mən şadam ki, builki Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda (GLOBSEC 2022) iştirak edirəm. Mən bərsizliklə səmərəli görüşlər və söhbətlər gözləyirəm. Gürcüstan Avropa İttifaqı və bölgədəki partnyorları ilə əlaqələri dərinləşdirməklə təhlükəsizliyini gücləndirmək potensialına malikdir və bölgədə və onun hüdudlarından kənarda sülh və sabitliyi təmin edə bilər”, – İrakli Ğaribaşvili yazır.