İrakli Ğaribaşvili Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının sessiyasında iştirak edəcək
Sentyabrın 6-da Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının 7-ci sessiyasında iştirak edəcək.
Hökumət başçısının başçılıq etdiyi hökumət nümayəndə heyəti bu gün Brüsselə yola düşüb.
Səfər çərçivəsində hökumət başçısı yüksək səviyyəli görüşlər keçirəcək.
Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinə vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlia Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.