İrakli Ğaribaşvili - Gürcüstan-ABŞ münasibətlərini başqa səviyyəyə qaldırmaq bizim qayəmizdir, inanıram ki, Davit Zalkaliani bunu uğurla bacaracaq
İrakli Ğaribaşvili - Gürcüstan-ABŞ münasibətlərini başqa səviyyəyə qaldırmaq bizim qayəmizdir, inanıram ki, Davit Zalkaliani bunu uğurla bacaracaq

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili illər ərzində gördüyü işlərə görə Davit Zalkalianiyə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb.

Onun sözlərinə görə, hökumət Gürcüstanla ABŞ arasında diplomatik münasibətləri başqa səviyyəyə keçirmək istəyir.

Baş nazirin sözlərinə görə, o Davit Zalkalianinin ABŞ-da səfir işləyərkən bütün bunların öhdəsindən uğurla gələcəyinə əmindir.

” İlk növbədə, fəaliyyətinə görə Davit Zalkalianiyə təşəkkür etmək istərdim. Davitin böyük təcrübəsi var. O, 30 ildir Gürcüstan Xarici İşlər Nazirliyinin müxtəlif vəzifələrində ölkəmizə, doğma nazirliyə xidmət edir. O, bu 30 il ərzində praktiki olaraq bütün mühüm qərarların qəbulunda iştirak edib. Hökumətimizin dövründə, bildiyiniz kimi, cənab Davit hələ nazir müavini vəzifəsində olarkən, daha sonra isə nazir vəzifəsində istər Avropa İttifaqına inteqrasiya, istər NATO-ya inteqrasiya, istərsə də ölkə üçün başqa vacib məsələlərdə bütün istiqamətlərdə strateji qərarların qəbulunda iştirak edirdi. Komandamız, hökumətimiz və şəxsən öz adımdan Davit Zalkalianiyə təşəkkür edir, ona gələcək fəaliyyətində uğurlar arzulayıram. ABŞ bizim ən mühüm strateji tərəfdaşımızdır. Təbii ki, hökumətimiz bu qədər zəngin diplomatik təcrübəyə malik kadrı belə bir məsul vəzifəyə təyin edərkən, bununla hər şey deyilmiş olur. Bizim qayəmiz bu iki ölkə arasında münasibətləri başqa səviyyəyə qaldırmaqdır. İnanıram ki, Davit bunu uğurla bacaracaq” -deyə baş nazir bildirib.

Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani vəzifəsindən istefa verdi. Bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib. Məlum olduğu üzrə, Davit Zalkaliani ABŞ-da səfir kimi fəaliyyətini davam etdirəcək.