İrakli Ğaribaşvili - Gürcüstan 2022-ci ilin hökumətin dürüstlük indeksinə görə, dünyada 35-ci yerdə qərarlaşıb və Avropa ölkələrinin ən yaxşı iyirmiliyində irəliləyib
İrakli Ğaribaşvili - Gürcüstan 2022-ci ilin hökumətin dürüstlük indeksinə görə, dünyada 35-ci yerdə qərarlaşıb və Avropa ölkələrinin ən yaxşı iyirmiliyində irəliləyib

 
Gürcüstan 2022-ci ilin hökumətin dürüstlük indeksinə görə, dünyada 35-ci yerdə qərarlaşıb və Avropa ölkələrinin ən yaxşı iyirmiliyində irəliləyib-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan dövlətin dürüstlük indeksinə görə dünyada 32-ci yerdədir.

“Bir neçə önəmli məlumatı ictimaiyyətə təqdim etmək istəyirəm. Bir müddət əvvəl dünyanın aparıcı tədqiqat təşkilatı və Vaşinqtonun, demək olar ki birinci analtik mərkəzi “Heritage Foundation”ın araşdırmaları ilə hazırlanmış yenilənmiş idarəetmə indeksləri, dürüstlük indeksləri nəşr olundu. Gürcüstan 2022-ci ilin hökumətin dürüstlük indeksinə görə, dünyada 35-ci yerdə qərarlaşıb və Avropa ölkələrinin ən yaxşı iyirmiliyində irəliləyib. İkincisi, Avropa Antikorrupsiya Mərkəzinin dövlətin dürüstlük indeksidir, buna əsasən Gürcüstan dünyada 32-ci yeri tutub və postsovet məkanında Estoniyadan sonra ikinci yerdə qərarlaşır”- İrakli Ğaribaşvili bildirib.

Baş nazirin da qeyd etdiyi kimi, bu göstərici Gürcüstan hökumətinin gördüyü işin nəticəsidir.

“Sakinlərimizə, xalqımıza demək istəyirəm ki, bu, hökumətimizin gördüyü işin nəticəsidir. Müqayisə üçün qeyd edək ki, bu il artıq qeyd olunan indeksə görə biz hökumətin dürüstlük göstəricisi ilə 14 NATO üzvü və 12 Aİ dövlətini qabaqlayırıq. Bir neçə ölkənin adını çəkə bilərəm: Kipr, Latviya, Polşa, Çexiya, İtaliya, Malta, Slovakiya, Yunanıstan, Xorvatiya, Monteneqro, Bolqarıstan, Rumıniya və sair.davam etməyəcəyəm. Müqayisə üçün deyək ki, 2012-ci ildə bütün dünyaya , xalqımıza deyəndə ki, guya biz islahatlarla, bu göstəricilərlə bir nömrəli dövlətik, biz bu göstəriciyə görə 69-cu yerdəydik. O vaxt ən yaxşı iyirmilikdən söhbət getmirdi”- deyə İrakli Ğaribaşvili bildirib.