İrakli Ğaribaşvili - gürcü xalqına ağıl öyrədən avropalı parlamentarilərə, korrupsioner bürokratlara demək istəyirəm ki, xalqa daha diktatorlar, Saakaşvili lazım deyil, onlara firavanlıq lazımdır
Avropalı parlamentarilərə və gürcü xalqına ağıl öyrədən bəzi korrupsioner bürokratlara demək istəyirəm ki, gürcü xalqı onlara nə lazım olduğunu çox yaxşı bilir, gürcü xalqına artıq zorakı diktatorlar, Saakaşvili və onun cinayət sistemi lazım deyil. Gürcü xalqının inkişafa, firavanlığa ehtiyacı var-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili açıqlayıb.
Ğaribaşvili ölkədə siyasətçilərin və hakimiyyətin xarici dövlətlərin maraqlarına xidmət etdiyi dövrün başa çatdığını bildirib.
“Avropa Parlamentinin biabırçı qətnaməsinə münasibət bildirmək istəyirəm, bu insanlar əslində bununla gürcü xalqına və bizə Saakaşvilinin onların agenti, xidmətçisi olduğunu, sadəcə olaraq gürcü xalqının fikri, Saakaşvilinin insanlara əziyyət etməsi, öldürməsi, işgəncə verməsi, biznesi qorxu içində saxlaması, media azadlığı tamamilə boğması ilə maraqlanmadıqlarını söyləmiş oldular. Bu insanın və onun şər rejiminin Qirqvlianinin qətli, Valeri Qelaşvilinin döyülməsi, basqın etdikləri və zorla mənimsədikləri “İmedi” faktı kimi bütün gördüyü işlərə rəğmən, reallığa əhəmiyyət vermirlər. Saakaşvilinin qeyri-qanuni yolla gələrək, inqilab təşkil etmək fikrində olması, qanlı basqınlar etmək, insanları öldürmək istəməsi ilə də heç maraqlanmırlar. Bütün bunlarla maraqlanmırlar, bizə dedilər ki, bütün bunlara baxmayaraq, sizin fikriniz, suverenliyiniz, müstəqilliyiniz bizi maraqlandırmır, bu insan bizim qulluqçumuz, agentimizdi və həbsxanadan azad edilməlidir. Mən hər kəsə demək istəyirəm ki, ölkədə siyasətçilərin, hakimiyyətin xarici dövlətlərin maraqlarına xidmət etdiyi dövr arxada qalıb, biz Gürcüstanın maraqlarına xidmət edirik və onlar ölkəmizin daxili işlərinə müdaxiləyə çalışmamalıdırlar.
Gürcü xalqını aldadan avropalı parlamentarilərə və bəzi korrupsioner bürokratlara demək istədiyim budur. Gürcü xalqı onlara nə lazım olduğunu çox yaxşı bilir. Gürcü xalqına artıq zorakı diktatorlar, Saakaşvili və onun cinayət sistemi lazım deyil. Gürcü xalqının inkişafa, firavanlığa ehtiyacı var”-deyə Ğaribaşvili açıqlayıb.