İrakli Ğaribaşvili qubernatorlarla görüşüb
İrakli Ğaribaşvili qubernatorlarla görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili qubernatorlarla görüşüb.

Baş nazirin mətbuat xidməti görüşdə bu il həyata keçiriləcək layihələrin müzakirə olunduğuna dair məlumat yayır.

Hökumət başçısı qubernatorların yeni təşəbbüslərini dinləyib, konkret tapşırıqlar verib.

Baş nazir yanvar ayında təbii fəlakətdən zərər çəkmiş əhaliyə təzminat verilməsi prosesi ilə maraqlanıb.

Məlum olduğu üzrə, Baş nazirin qərarına əsasən, munisipalitetlərdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi üçün 19 695 000 lari ayrılıb. Bundan başqa, təbii fəlakətdən zərər çəkmiş əhaliyə təzminat ödənilməsi üçün hökumətin ehtiyat fondundan 1 470 000 lari ayrılıb.

Görüşdə “Yenilənmiş regionlar” proqramının gedişatı müzakirə olunub. Ölkə miqyasında proqramın birinci mərhələsində nəzərdə tutulmuş işlərin birinci fazası başa çatdırılıb, bu işlər çərçivəsində 564 bina əsaslı təmir edilib, mühəndis şəbəkələri qaydasına salınıb, 92 park və meydan yenilənib və salınıb. Proqram davam edir, bu mərhələdə isə proqram çərçivəsində artıq 400 milyon lari investisiya qoyulub.

Bununla yanaşı, görüşdə Baş nazirin təşəbbüsü ilə başladılmış ictimai işlərdə məşğulluğun təşviqi üzrə alt proqram müzakirə olunub. Bu proqram çərçivəsində 2022-ci ilin martın 1-dən 2023-cü ilin yanvarın 23-dək 30 mindən çox sosial cəhətdən həssas insan işlə təmin olunub.

Məlumatı Baş nazirin mətbuat xidməti yayır.