İrakli Ğaribaşvili - görünür prezident səhvə düşüb, güman edirəm ki, o, anlaşılmazlıq yaşayıb, ümid edirəm tezliklə hər şey məlum olacaq və suallar aradan qalxacaq
İrakli Ğaribaşvili - görünür prezident səhvə düşüb, güman edirəm ki, o, anlaşılmazlıq yaşayıb, ümid edirəm tezliklə hər şey məlum olacaq və suallar aradan qalxacaq

 

Gürcüstan prezidenti görünür səhvə düşüb, güman edirəm ki, o, anlaşılmazlıq yaşayıb, ümid edirəm tezliklə hər şey məlum olacaq və suallar aradan qalxacaq- bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Gürcü Arzusu”-nun ofisində bildirib.

Onun sözlərinə görə, hər bir vətəndaş və ilk növbədə, ali siyasi vəzifəli şəxslər ölkənin əsas qanununa , konstitusiyaya hörmətlə yanaşmağa borcludurlar.

“Siyasi şuramızın məktubunda izah edilənləri bir daha təkrar etməyəcəyəm. Sadəcə onu əlavə etmək istərdim ki, hər bir Gürcüstan vətəndaşı , ilk növbədə, biz yüksək siyasi vəzifəli şəxslər ölkəmizin əsas qanununa, konstitusiyaya hörmət etməyə və ona əməl etməyə borcluyuq. Əlbəttə, ölkəmiz və əhalimizin bu qədər çox çağırış və problemlər yaşadığı, istər sosial-iqtisadi, istərsə də ərazi problemləri və ya regionda baş verən digər çox çətin proseslər olduğu bir vaxtda, indiki zamanda bizim izah edilmiş, aydınlaşdırılmış mövzulardan danışmağımız təəssüf doğurucudur. Bütün bunları Gürcüstan Konstitusiyası izah edir. Görünür, təəssüf ki, Gürcüstan prezidenti səhvə düşüb. Güman etmək istərdim ki, o anlaşılmazlıq yaşayıb. Buradaca ümid edirəm ki, tezliklə hər şey məlum olacaq və suallar aradan qalxacaq” -deyə İrakli Ğaribaşvili bildirib.