İrakli Ğaribaşvili - Qoqi Xarabadzenin vəfatından dolayı məyusluq hissi keçirirəm, onun yaratdığı unudulmaz simalar gürcü mədəniyyət sərvətində özünə layiq yer tutub
İrakli Ğaribaşvili - Qoqi Xarabadzenin vəfatından dolayı məyusluq hissi keçirirəm, onun yaratdığı unudulmaz simalar gürcü mədəniyyət sərvətində özünə layiq yer tutub

Qoqi Xarabadzenin ailəsinə, yaxınlarına və bütövlükdə Gürcüstan cəmiyyətinə səmimi başsağlığımı və dəstəyimi bildirirəm-deyə İrakli Ğaribaşvili bildirib .

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili aktyor Qoqi Xarabadzenin vəfatından dolayı məyusluğunu bildirib.

“Görkəmli aktyor Qoqi Xarabadzenin vəfatı məni çox kədərləndirdi.

Cənab Qoqi teatr və kino sənətinə onilliklər ərzində sədaqətlə xidmət etməklə geniş ictimaiyyətin sevgi və hörmətini qazanmışdır. Onun yaratdığı unudulmaz simalar gürcü mədəniyyət sərvətində özünə yer qazanıb. Qoqi Xarabadzenin ailəsinə, yaxınlarına və bütövlükdə Gürcüstan ictimaiyyətinə səmimi başsağlığı və dəstəyimi bildirirəm”, – İrakli Ğaribaşvili qeyd edir.

Aktyor, yazıçı və rejissor Qiorqi (Qoqi) Xarabadze 81 yaşında vəfat edib.