İrakli Ğaribaşvili - Giorgi Mazniaşvilinin Gürcüstanın uzunmüddətli və məşhur hərbi tarixində xüsusi yeri var
Bu gün böyük sərkərdə, vətən birliyi uğrunda mübarizə aparan fədəkar mübariz, Gürcüstanın Milli Qəhrəmanı, Giorgi Mazniaşvilinin doğum günüdür, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin bəyanatında deyilir.
Hökumət başçısının qeyd etdiyinə görə, Giorgi Mazniaşvilinin Gürcüstanın uzunmüddətli və məşhur hərbi tarixində xüsusi yeri var.
“Müasir gürcü ordusunun yaradıcılarından biri, strateji cəhətdən istedadlı baş komandan eyni zamanda öz həmmübarizləri üçün nümunəvi cəsarət və əzmkarlıq nümunəsi idi. “Mən nə boleviklərin və nə də menşeviklərin generalə deyil, mən Gürcüstanın generalıyam” – onun bu sözləri Gürcüstanın böyük vətənpərvərləri sırasında əbədi olaraq layiqli yer tutmuş bir insanın həyatını ən yaxşı şəkildə təsvir edir. Yenilməz generalın fədakar xidməti hər birimiz üçün, gələcək nəsillər üçün vətənə, xalqa bələdçi olaraq qalacaqdır”, – baş nazirin bəyanatında qeyd olunur.