İrakli Ğaribaşvili - Giorgi Kvinitadzenin adı Gürcüstanın tarixində, bizim hər birimizin, gələcək nəsillərin yaddaşında əbədi olaraq qalacaq
Giorgi Kvinitadzenin adı Gürcüstanın tarixində, bizim hər birimizin, gələcək nəsillərin yaddaşında əbədi olaraq qalacaq, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “feysbuk” sosial şəbəkəsində yazır.
Hökumət başçısının sözlərinə görə, müasir gürcü ordusunun yaradıcılarından biri, olan vətənin azadlığı uğrunda fədakar mübariz sürgündə yaşadığı ən ağır günlərdə belə, ölkənin müstəqilliyinin bərpasına inamını itirməyib.
“Bu gün Gürcüstanın Milli Qəhrəmanı, görkəmli siyasi və hərbi xadim, Gürcüstan Demokratik Respublikasının ali baş komandanı, Giorgi Kvinitadzenin doğum günüdür. Müasir gürcü ordusunun yaradıcılarından biri, olan vətənin azadlığı uğrunda fədakar mübariz sürgündə yaşadığı ən ağır günlərdə belə, ölkənin müstəqilliyinin bərpasına inamını itirməyib.
“Məni öldürəcək güllə yoxdur, çünki mənim köküm, öldürülən və ölməyən ölkədədir” – onun bu sözləri Gürcüstan ideyasını, onun azadlığını və dövlətin ölməzliyini təcəssüm etdirir.
Bizim üçün böyük şərəfdir ki, keçən il bizə Giorgi Kvinitadzenin cənazəsini uzun müddət ayrılıqdan sonra vətəninə uğratmaq imkanı verildi.
Böyük vətən oğlu, Giorgi Kvinitadzenin adı Gürcüstanın tarixində, bizim hər birimizin, gələcək nəsillərin yaddaşında əbədi olaraq qalacaq”, – baş nazir qeyd edir.