İrakli Ğaribaşvili - Geridə qalmırıq, bu gün də, dünən də, sabah da, həmişə Ukrayna və Moldovadan irəlidə olacağıq
İrakli Ğaribaşvili - Geridə qalmırıq, bu gün də, dünən də, sabah da, həmişə Ukrayna və Moldovadan irəlidə olacağıq

Biz geri qalmırıq, bu gün də, dünən də, sabah da biz həmişə Ukrayna və Moldovadan irəlidə olacağıq, – bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili bildirib.

Jurnalistlər baş nazirə sual veriblər ki, “Almaniyanın xarici işlər naziri Analena Berbokun sözlərinə görə, o, Gürcüstanın Avropa gələcəyini uzaq perspektivdə görür. Biz Ukrayna və Moldova üçlüyündən niyə geri qalırıq? Avropa Komissiyasının bəyanatında Gürcüstanın bu üç ölkə arasında sonuncu yerdə olduğu vurğulanır”. Ğaribaşvili cavab olaraq qeyd edib ki, “bu, düzgün məlumat deyil”.

“İctimaiyyətə düzgün məlumat çatdırmaq sizin məsuliyyətinizdir. Bu düzgün məlumat deyil. Biz geri qalmırıq, bu gün də, dünən də, sabah da Ukraynadan, Moldovadan həmişə irəlidə olacağıq. Bir neçə ay əvvəl Avropa Komissiyasının rəyi dərc olundu, orada yazılıb ki, Gürcüstan Moldovanı, Ukraynanı qabaqlayır, mən başqa ölkələri demirəm.

Bilmənizi istəyirəm ki, bir sıra reytinqlərdə, biz bütün meyarlarla – beynəlxalq təşkilatların, Avropa, Amerika təşkilatlarının,  təkcə bu ölkələri deyil, həm də 14 Aİ ölkəsini, 10-dan çox NATO üzvü olan ölkəni qabaqlayırıq. Bu, reallıqdır və bizim ölkənin, yəni ölkənizin uğurlarından narahat olmayın”– Ğaribaşvili bildirib.