İrakli Ğaribaşvili Gənclər Qış Olimpiya Festivalı ilə əlaqədar Milli Olimpiya Komitəsinin rəhbəri Leri Xabelovla görüşüb
İrakli Ğaribaşvili Gənclər Qış Olimpiya Festivalı ilə əlaqədar Milli Olimpiya Komitəsinin rəhbəri Leri Xabelovla görüşüb

 

Baş nazir İrakli Ğaribaşvili və Gürcüstan Milli Olimpiya Komitəsinin rəhbəri Leri Xabelov bu gün Hökumət Administrasiyasında keçirilən görüşdə 2025-ci ildə keçiriləcək Avropa Gənclər Qış Olimpiya Festivalına hazırlıq tədbirlərini müzakirə ediblər.

Baş nazirin mətbuat xidmətinin verdiyi məlumatda Gürcüstanın, xüsusilə Bakurianinin 2025-ci ilin Avropa Gənclər Qış Olimpiya Festivalına layiqli ev sahibliyi etməsi üçün gələn ildən konkret tədbirlərə başlanılacağı və ümumilikdə 100 milyon lari xərclənəcəyi deyilir.

İdarədən verilən məlumatda 2023-2024-cü illərdə konkret infrastruktur obyektlərinin tikintisinin planlaşdırıldığı, bunun da gələcəkdə gürcü idmançılarına xaricdə deyil, öz ölkələrində konkret idman növləri üzrə məşq etmək imkanı verəcəyi bildirilir.

Hökumət başçısı Gürcüstan Milli Olimpiya Komitəsinin rəhbərinə hərtərəfli dəstək vəd edib.

Hökumət Administrasiyasında keçirilən görüşdə vitse baş nazir, mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani, maliyyə naziri Laşa Xutsişvili, hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze, mədəniyyət, idman və gənclər nazirinin müavini İoseb Bağaturia və Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Mamuka Xabareli iştirak edib.