İrakli Ğaribaşvili Qaziantepdə baş verən faciəli hadisədən kədərləndiyini ifadə edir
İrakli Ğaribaşvili Qaziantepdə baş verən faciəli hadisədən kədərləndiyini ifadə edir

Bu çətin zamanda Gürcüstan türk qardaş və bacılarının yanındadır, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “tvitterdə” yazır.

Hökumət başşısı Qaziantepdə baş verən faciəli hadisədən kədərləndiyini ifadə edir.

“Qaziantep şossesində baş verən faciəvi qəza xəbəri məni çox kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Bu çətin zamanda Gürcüstan türk qardaş və bacılarının yanındadır”, – baş nazir qeyd edir.

Avqustun 20-də Türkiyənin Qaziantep şəhərində baş verən qəza nəticəsində 16 nəfər öldü, 22 nəfər yaralandı. Avtomobil qəzası Tarsus-Adana-Qaziantep avtomobil yolunda baş verdi.