Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Fransanın Gürcüstandakı səfiri, Şeraz Qasri ilə görüşdü.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, tanışlıq xarakterli görüşdə söhbət zamanı Gürcüstan və Fransa arasında mövcud əlaqələrə və gələcək əməkdaşlığın perspektivlərinə toxunuldu.
“Qeyd olundu ki, Fransa Gürcüstanın dostu və etibarlı partnyorudur. Hökumət başçısı Fransa səfirinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də tanınmamaq siyasətinə verdiyi güclü dəstəyə görə təşəkkürünü bildirdi.
Görüşdə Fransanın Gürcüstanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasına dəstəyinin əhəmiyyəti vurğulandı. Qeyd olundu ki, Gürcüstan bundan sonra da Avropa dəyərlərini dəstəkləyəcək və bölgədə sülh və sabitliyin dəstəklənməsində konstruktiv rol oynayacaq”, – baş nazirin mətbuat xidmətinin məlumatında deyilir.