İrakli Ğaribaşvili Fransa Respublikasının Gürcüstandakı səfiri Dieqo Kolas ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Fransa Respublikasının Gürcüstandakı səfiri Dieqo Kolas ilə görüşüb.
Tərəflər Aİ-yə üzvlük üçün Gürcüstanın təqdim etdiyi müraciəti və Ukraynada inkişaf edən hadisələri müzakirə ediblər.
Baş nazir Şuranın Avropa Komissiyasına Gürcüstan, Moldova və Ukraynanın Aİ-yə üzvlük üçün təqdim etdiyi müraciətləri araşdırmaq xahişinə dair qərarını bir daha müsbət qiymətləndirib.
Hökumət başçısı qeyd edib ki, Avropa İttifaqı Şurasına sədrlik edən ölkə olaraq Fransanın Gürcüstanın dəstəklənməsi prosesində rolu çox önəmlidir.
Görüşdə Gürcüstanın Ukraynaya siyasi dəstəyinin davam etdiriləcəyi bildirilib , eləcə də baş nazirin qərarı ilə Ukrayna xalqına göndərilən humanitar yardım vurğulanıb. Görüşdə Hökumət Administrasiyasının rəhbəri İlia Darçiaşvili və Fransa Respublikasının Gürcüstandakı səfirinin müavini Erik Tosat iştirak ediblər.
Məlumatı baş nazirin mətbuat xidməti yayır.