İrakli Ğaribaşvili Frankofoniya Parlament Assambleyasının prezidenti ilə görüşdü
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Frankofoniya Parlament Assambleyasının prezidenti Frensis Drouin ilə görüşüb. Hökumət Administrasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən, görüşdə Gürcüstan hökuməti ilə Frankofoniya Parlament Assambleyası arasında mövcud əməkdaşlıq məsələləri müzakirə olunub.
“Söhbət zamanı mədəniyyət və təhsil istiqamətində əlaqələrin əhəmiyyəti vurğulandı. Gürcüstanın beş universitetinin Frankofoniya Universitetləri Agentliyi ilə əməkdaşlığı qeyd olunub.
Həmçinin, fransız dilinin təbliği ilə yanaşı, üzv ölkələr arasında bir növ platformanı təmsil edən Frankofoniya Parlament Assambleyasının demokratiyanın inkişafında və insan hüquqlarının qorunmasında rolunun əhəmiyyəti də müzakirə olunub.
Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan tərəfi Frankofoniya Parlament Assambleyası ilə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir.
Hökumət Administrasiyasında keçirilən görüşdən sonra Frensis Drouin Gürcüstanın Baş nazirini Böyük Komandir dərəcəsi medalı ilə təltif edib və xüsusi sertifikat təqdim edib.