İrakli Ğaribaşvili Fərdi Məlumatların Mühafizəsi və Xüsusi İstintaq Xidmətlərinin rəhbəri vəzifəsinə namizədləri təqdim edib
İrakli Ğaribaşvili Fərdi Məlumatların Mühafizəsi və Xüsusi İstintaq Xidmətlərinin rəhbəri vəzifəsinə namizədləri təqdim edib

 

Baş nazir İrakli Ğaribaşvili Fərdi Məlumatların Mühafizəsi və Xüsusi İstintaq Xidmətlərinin rəhbəri vəzifəsinə namizədləri təqdim edib.

Hökumət başçısının müraciəti büronun bugünkü iclasına daxil edilib. Baş nazir, Tamar Alpaidze və Lela Canaşvilinin namizədliklərini Fərdi Məlumatların Mühafizəsi Xidmətinin rəhbəri vəzifəsinə , Karlo Katsitadze və Emzar Qaqnidzenin namizdəliklərini isə Xüsusi İstintaq Xidmətinin rəhbəri vəzifəsinə təqdim edib.

Sözü gedən kadr qərarlarına büronun bugünkü iclasında parlamentin sədri münasibət bildirib.

Şalva Papuaşvili parlament fraksiyalarını məsələnin müzakirəsinə peşəkarlıqla yanaşmağa çağırıb.

“Mənim hər kəsdən xahişim odur ki, məsələyə yaranmış bəzi təsəvvürlər və təəssüratlara əsaslanılmaması nöqteyi nəzərdən peşəkarlıqla yanaşsınlar. Namizədlər təqdim olunub və onlar haqqında hər kəsin iştirak edə biləcəyi komitə formatlarında müzakirə aparılacaq”-deyə Şalva Papuaşvili fraksiyalara müraciət edib.

Parlament iki namizəddən birini seçməlidir. Qərarın qəbul edilməsi üçün 76 deputatın dəstəyinə ehtiyac var. Yuxarıda adı keçən xidmətlər parlamentin payız sessiyasında ləğv etdiyi Dövlət Müfəttişi Xidmətinin bazasında yaradılır.