İrakli Ğaribaşvili - fəxri qonaq qismində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının region dövlət başçılarının iştirak etdiyi sammitində çıxış etdim
İrakli Ğaribaşvili - fəxri qonaq qismində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının region dövlət başçılarının iştirak etdiyi sammitində çıxış etdim

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) iqtisadi forumu çərçivəsində keçirilən hökumət başçılarının sammitində iştirakına münasibət bildirir.

Baş nazir bu platformanın Mərkəzi Asiya ölkələrində sektorlararası əməkdaşlıq üçün vacib olduğunu deyib.

“Fəxri qonaq qismində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının region dövlət başçılarının iştirak etdiyi sammitində çıxış etdim. Sözügedən platforma Mərkəzi Asiya ölkələrində sektorlararası əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir. Gürcüstan sülhü, qarşılıqlı əlaqələri və ticarəti təşviq etmək üçün bu proqramda iştirak edən ölkələrlə aktiv əməkdaşlıq ideyasına sadiqdir”-deyə hökumət başçısı bildirib.