İrakli Ğaribaşvili - faiz dərəcəsi pensionerlər üçün çox yüksək idi, bu istiqamətdə çox yaxşı nəticəmiz var
İrakli Ğaribaşvili - faiz dərəcəsi pensionerlər üçün çox yüksək idi, bu istiqamətdə çox yaxşı nəticəmiz var

 
Faiz dərəcəsi pensionerlər üçün çox yüksək idi, bu istiqamətdə çox yaxşı nəticəmiz var – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

Baş nazirin də qeyd etdiyi kimi, bəzi hallarda faiz dərəcəsi hətta 100% təşkil edirdi.

“İllər boyunca pensionerlərin faiz dərəcəsi problem idi. Faiz dərəcəsi pensionerlər üçün çox yüksək idi. Biz hələ hökumətə gəlməzdən əvvəl bəzi hallarda faiz dərəcəsi hətta 100% belə olub. Hökumətimizin dövründə birbaşa səylərimizlə dəfələrlə azaldılsa da, kredit faizləri hələ də yüksək idi. Bir neçə ay bundan əvvəl mən cənab Levana bu məsələ ilə bağlı göstəriş verdim, işçi qrupu yaradıldı. Zurab Azaraşvili və Laşa Xutsişvili də qoşuldu. Bu işçi qrupunun fəaliyyətinə parlamentin müvafiq komitəsinin nümayəndələri qoşulmuşdular. Artıq çox yaxşı nəticəmiz var” – deyə baş nazir bildirib.