İrakli Ğaribaşvili - etnik azlıqların qarşısında duran əsas çağırışlardan biri gürcü dilini bilməməkdir, bu səbəbdən islahata başladıq, nəticədə uşaq bağçalarında və məktəblərdə ikidilli tədris metodu tətbiq olundu
İrakli Ğaribaşvili - etnik azlıqların qarşısında duran əsas çağırışlardan biri gürcü dilini bilməməkdir, bu səbəbdən islahata başladıq, nəticədə uşaq bağçalarında və məktəblərdə ikidilli tədris metodu tətbiq olundu

 
Beynəlxalq Qırmızı Xaç Komitəsinə bir daha minnətdarlığımızı bildirmək istərdim, onun köməyi nəticəsində 58 nəfərin meyitinin şəxsiyyəti müəyyən edilərək ailələrinə təhvil verilib-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin 2023 -cü il üzrə fəaliyyəti ilə əlaqədar hesabat təqdim edərkən açıqlayıb.

Baş nazir dörd illik fasilədən sonra humanitar koordinasiya mexanizmi çərçivəsində gürcü-abxaz əməkdaşlığının bərpa edildiyini bildirib.

“Cenevrə formatının qorunub saxlanılması vacibdir. Burada da Cenevrə formatında aktiv iştirak edən avropalı və amerikalı tərəfdaşlarımıza öz minnətdarlığımı bildirmək istəyirəm.

Təbii ki, vətəndaş bərabərliyi və inteqrasiya mühümdür. Burada gürcü dilinin yayılmasının, ümumiyyətlə gürcü dili kurslarının əhəmiyyətinə toxunmaq istərdim. Etnik azlıqların qarşısında duran əsas çağırışlardan biri gürcü dilini bilməməkdir, bu səbəbdən mən deyərdim ki, biz mühüm islahatlara başladıq. Nəticədə artıq uşaq bağçalarında və məktəblərdə ikidilli tədris metodu tətbiq olundu. Qeyri-etnik vətəndaşlara gürcü dilini uşaq bağçalarından öyrətməyə başlamalıyıq. Bu, məktəblərdə davam edəcək və ikidilli metodla tədris, məncə, olduqca mühümdür. Bu istiqamətdə biz daha da aktivləşəcəyik, genişləndirəcəyik və daha çox həmvətənlərimizi əhatə edəcəyik”- deyə İrakli Ğaribaşvili açıqlayıb.