İrakli Ğaribaşvili – Estoniyanın baş nazirinə Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və NATO istəklərinə verdiyi güclü dəstəyə görə təşəkkür edirəm

17:24, 15.12.2021

Mən Estoniyanın baş nazirinə Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və NATO ilə bağlı istəklərinə verdiyi güclü dəstəyə görə təşəkkür edirəm”, – deyə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Twitter” səhifəsində yazıb.

Hökumət başçısı qeyd edib ki, o, estoniyalı həmkarı ilə innovasiya, rəqəmsal texnologiyalar, təhsil və müdafiə sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsinin müxtəlif istiqamətlərini müzakirə edib.

“Kaia Kala ilə çox yaxşı söhbətim oldu. Biz innovasiyalar, rəqəmsal texnologiyalar, təhsil və müdafiə sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsinin müxtəlif ölçülərini müzakirə etdik. “Mən Estoniyanın baş nazirinə Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və NATO ilə bağlı istəklərinə verdiyi güclü dəstəyə görə təşəkkür edirəm”, – deyə İrakli Ğaribaşvili yazıb.

Oxşar