İrakli Ğaribaşvili Estoniyanın baş naziri ilə birlikdə Praqada “Avropa qitəsində sülh və təhlükəsizlik” tematik müzakirəsinin həmsədridir
Avropa İttifaqının təşəbbüsü ilə keçirilən Avropa Siyasi Birliyinin birinci zirvə toplantısı çərçivəsində Praqa sarayında dəyirmi masa formatında tematik müzakirələr aparılır.
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Estoniyanın baş naziri ilə birlikdə Praqada “Avropa qitəsində sülh və təhlükəsizlik” tematik müzakirəsinin həmsədridir.
Gürcüstanın Birinci Kanalının jurnalisti bölgədən bildirir ki, baş nazir estoniyalı həmkarı ilə birlikdə Avropa strukturlarının və müxtəlif ölkələrin liderlərinin, o cümlədən Klaus Yohansen, İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Emmanuel Makron və Qitanas Nausedanın qatıldığı müzakirəyə rəhbərlik edir.