İrakli Ğaribaşvili ərzaq pərakəndə satış və hipermarketlər şəbəkəsinin sahibi "Majid Al Futtaim" şirkətinin icraçı direktoru ilə görüşdü
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili ərzaq pərakəndə satış və hipermarketlər şəbəkəsinin sahibi “Majid Al Futtaim” şirkətinin icraçı direktoru, Hani Veys ilə görüşdü.
Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, müzakirə olunan məsələlər arasında Gürcüstanda holdinq portfelinin artırılması və mövcud investisiyaların diversifikasiyası idi.
Görüşdə mehmanxanalar və daşınmaz əmlaka sərmayə yatırmaq imkanları müzakirə olundu.
Baş nazirin sözlərinə görə, “Majid Al Futtaim Group” Gürcüstanda uğurla fəaliyyət göstərir və mövcud portfelin artırılması halında, holdinq Gürcüstan hökumətinin dəstəyini alacaq.
“Majid Al Futtaim” Birləşmiş Ərəb Əmirliklərinin holdinq şirkətidir, Yaxın Şərq, Afrika və Asiyanın 17 ölkəsində ticarət mərkəzləri və istirahət obyektlərinə sahibdir və onları idarə edir. Holdinqdə 43 000 insan işlə təmin olunub. Onun gəliri isə, 8.8 milyard dolları tə.şkil edir. Gürcüstanda “Majid Al Futtaim” “Carrefour” hipermarketinin sahibidir.