Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Ermənistan Respublikasının Gürcüstandakı səfiri Ruben Sadoyan ilə görüşüb.
Baş nazirin Mətbuat Xidməti tərəfindən verilən məlumatda, vida görüşündə iki ölkə arasında mehriban qonşuluq münasibətlərinə və müxtəlif sahələrdə gələcək əməkdaşlıq perspektivlərinə toxunulduğu deyilir.
Qurumdan verilən məlumatda bölgədəki mövcud vəziyyətin müzakirə edildiyi bildirilib. Münaqişələrin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb. Gürcüstanın sülh prosesinə töhfə verməyə və dəstəkləməyə hər zaman hazır olduğu qeyd olunub. Baş nazir erməni diplomata ölkələr arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.