İrakli Ğaribaşvili Ermənistanın ədliyyə naziri Karen Andreasianla görüşüb
İrakli Ğaribaşvili Ermənistanın ədliyyə naziri Karen Andreasianla görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Ermənistanın ədliyyə naziri Karen Andreasianla görüşüb. Bu barədə məlumatı Gürcüstanın Baş nazirinin Mətbuat Xidməti yayır.

Verilən məlumata görə, Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstan və Ermənistan arasında mehriban qonşuluq münasibətləri müzakirə olunub.

“Ölkələr arasında ədliyyə sahəsində əməkdaşlıqdan bəhs olunub. Bu kontekstdə bu ilin yanvarında Gürcüstan və Ermənistanın müvafiq nazirlikləri arasında imzalanmış Memorandumun əhəmiyyəti vurğulanıb. Ədalət mühakiməsi, insan hüquqları və ictimai xidmətlərin göstərilməsi sahəsində əməkdaşlığı gücləndirməyə dair hazırlıq ifadə olunub.

Ukraynada davam edən müharibəni nəzərə alaraq regiondakı təhlükəsizlik məsələlərindən bəhs olunub. Regionda sülhün və sabitliyin dəstəklənməsinin və mövcud çağırışların öhdəsindən gəlmək üçün birgə səylərin vacibliyi vurğulanıb” -deyə Baş nazirin Mətbuat Xidmətinin məlumatında qeyd olunub.