İrakli  Ğaribaşvili Ermənistan Xarici İşlər naziri ilə görüşdü
İrakli  Ğaribaşvili Ermənistan Xarici İşlər naziri ilə görüşdü

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Ermənistan Respublikasının Xarici İşlər naziri, Ararat Mirzoyan ilə görüşdü.

Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı müzakirə olunan əsas məsələ Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Tbilisidə görüşü idi. İrakli Ğaribaşvili vurğuladı ki, gələcəkdə dialoqun müsbət dinamikasını inkişaf etdirmək vacibdir.

Görüşdə sülhsevər qonşuluq təşəbbüsü müzakirə edildi və onun bölgə münasibətlərinin normallaşmasına yardım istiqamətində rolu vurğulandı.

Həmçinin, Gürcüstan və Ermənistan arasında mövcud və gələcək əməkdaşlıq perspektivlərinə, o cümlədən iqtisadi və ikitərəfli ticarət əlaqələri istiqamətinə diqqət yetirildi.

Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər. Bölgədəki mövcud vəziyyətdən danışan Ermənistan Respublikasının hökumət başçısı və Xarici İşlər naziri çağırışların öhdəsindən gəlmək üçün birgə səylərin göstərilməsinin vacib olduğunu qeyd etdilər.

Hökumət başçısı Ararat Mirzoyana Ermənistanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə təşəkkürünü bildirdi.

Görüşdə Ermənistan Xarici İşlər nazirinin müavini Vahe Gevorqyan və Gürcüstanın Xarici İşlər naziri, İliya Darçiaşvili iştirak edirdilər.