İrakli Ğaribaşvili - Ermənistan və Azərbaycanın baş nazirlərinin Gürcüstana gəlməsinə görə minnətdaram, bu, hər iki ölkənin Gürcüstana olan etimadından xəbər verir
İrakli Ğaribaşvili - Ermənistan və Azərbaycanın baş nazirlərinin Gürcüstana gəlməsinə görə minnətdaram, bu, hər iki ölkənin Gürcüstana olan etimadından xəbər verir

 
Gürcüstan qərəzsiz, neytral ölkədir və qonşularımız Azərbaycan və Ermənistanla mehriban qonşuluq, qardaşlıq, tərəfdaşlıq münasibətləri və əməkdaşlıq əlaqələrimiz var-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Paris Sülh Forumundan sonra jurnalistlərə açıqlayıb.

Ğaribaşvili Gürcüstanın regionda uzunmüddətli sülhdə maraqlı olan qərəzsiz, neytral ölkə olaraq qaldığını bildirib.

“Üçtərəfli görüşdən bəhs etdiniz. İmkanım oldu və hər iki ölkənin baş nazirlərinin İpək Yolu Forumu çərçivəsində dəvətimlə Gürcüstana gəlməsinə görə olduqca minnətdaram. Bizim üçtərəfli danışıqlar, söhbət, dialoq aparmaq imkanımız oldu. Düşünürəm ki, bu, olduqca yaxşı başlanğıc idi, bu, hər iki ölkənin mənə, ünvanımıza, ümumilikdə ölkəmizə olan etimadından xəbər verir, amma bu, öz-özünə yaranmır, bu işləməyə, münasibətə, etimadın qurulması və dərinləşdirilməsinə ehtiyac duyur. Düşünürəm ki, son zamanlarda bunu bacardıq.

İndi də, paneldə açıq şəkildə dedim ki, Gürcüstan regionda uzunmüddətli sülhdə maraqlı olan qərəzsiz, neytral ölkə olaraq qalır. Sülh olmasa heç bir firavanlıq olmayacaq. Bu səbəbdən biz regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün hər şeyi etməliyik”- deyə İrakli Ğaribaşvili açıqlayıb.