İrakli Ğaribaşvili - Ermənistan və Azərbaycan bizim dost dövlətlərimizdir, bu ölkələrdə baş verənlər qəbuledilməzdir və biz böyük narahatlıqla izləyirik, tərəflərin tezliklə dialoq yoluna qayıdacaqlarına ümid edirəm
İrakli Ğaribaşvili - Ermənistan və Azərbaycan bizim dost dövlətlərimizdir, bu ölkələrdə baş verənlər qəbuledilməzdir və biz böyük narahatlıqla izləyirik, tərəflərin tezliklə dialoq yoluna qayıdacaqlarına ümid edirəm

 

Biz qonşuluğumuzda cərəyan edən hadisələri böyük narahatlıqla izləyirik – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Almaniya Federativ Respublikasının kansleri Olaf Şoltsla birgə mətbuat konfransında açıqlayıb.

Hökumət başçısı tərəflərin tezliklə dialoq yoluna qayıdacaqlarına ümid etdiyini açıqlayıb.

“Biz qonşuluğumuzda cərəyan edən hadisələri böyük narahatlıqla izləyirik. Ermənistan və Azərbaycan bizim dost dövlətlərimizdir, bu ölkələrdə baş verənlər qəbuledilməzdir və biz böyük narahatlıqla bu hadisələri izləyirik. Həmçinin, onu da demək istərdim ki, biz iki dövlət arasında uğurlu vasitəçilik apardıq, şəxsən mənim iştirakımla Azərbaycandan 15 hərbi əsiri azad edə bildik və bunun müqabilində Ermənistan minalanmış ərazilərlə bağlı çox vacib xəritələri təhvil verdi. Demək istəyirəm ki, ümumiyyətlə, təhlükəsizlik mühitini dəyişəcək, pisləşdirəcək bütün bu hərəkətlər bizim ümumi narahatlığımız üçün səbəb olmalıdır, bundan irəli gələrək, ümid edirəm ki, tərəflər tezliklə dialoq yoluna qayıdacaqlar, masa arxasında əyləşəcəklər və bu münaqişə tezliklə bitəcək”-deyə İrakli Ğaribaşvili bildirib.