İrakli Ğaribaşvili Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşdü
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi, Armen Qriqoryanla görüşdü.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, tərəflər Gürcüstan və Ermənistan arasında mehriban qonşuluq münasibətlərini və gələcək əməkdaşlığın istiqamətlərini müzakirə etdilər.
Hökumət başçısı Armen Qriqoryana Gürcüstana səfərinə görə təşəkkür etdi və böıgədə sülhün və sabitliyin təmin olunmasının vacibliyini vurğuladı.
“İkitərəfli münasibətləri inkişaf etdirmək üçün Gürcüstanın iqtisadiyyat, ticarət, mədəniyyət və digər sahələri inkişaf etdirmək üçün bölgə dialoqa imkanlar yaratmağa yenə də hazır olduğu bildirildi.
Söhbətdə mühüm dialoq platforması kimi baş nazirin sülh qonşuluq təşəbbüsündən danışıldı. Tərəflər Ukraynada cari hərbi əməliyyatları da müzakirə etdilər.
Baş nazir qeyd etdi ki, Gürcüstan Ukrayna ilə həmrəyliyini ifadə edir və onu bütün beynəlxalq formatlarda olduğu kimi, siyasi cəhətdən də dəstəkləyir. Ölkənin Ukrayna xalqına göstərdiyi humanitar yardıma diqqət yetirildi”, – baş nazirin mətbuat xidmətinin məlumatında deyilir.
Elə onların məlumatına görə, görüş zamanı bildirildi ki, bu il Gürcüstan və Ermənistan arasında dostluq münasibətləri üçün xüsusi ildir, çünki iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur.
Hökumət administrasiyasında keçirilən görüşdə Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurası katibinin müşaviri, Arşak Musaxanyan və Gürcüstanın Daxili İşlər naziri, Milli Təhlükəsizlik Şurasının katibi, Vaxtanq Qomelauri iştirak edirdilər.