İrakli Ğaribaşvili Ermənistan Milli Assambleyasının prezidenti ilə görüşdü
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Ermənistan Milli Assambleyasının prezidenti, Alen Simonyanla görüşdü.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, görüşdə söbət zamanı Gürcüstan və Ermənistan arasında mehriban qonşuluq münasibətlərinə və gələcək əməkdaşlığın perspektivlərinə toxunuldu. İki ölkənin Parlamentləri arasında əməkdaşlıq məsələlərini müzakirə etdilər.
Qeyd olundu ki, Gürcüstan və Ermənistan Parlamentləri arasında əməkdaşlıq müsbət dinamikada daim inkişaf edir ki, bu da mehriban qonşuluq münasibətlərini daha da möhkəmləndirir.
Görüşdə bölgədəki mövcud vəziyyət barədə danışıldı. Münaqişələrin sülh yolu ilə həllinin vacibliyi vurğulandı və bildirildi ki, vəziyyətin vaxtında azaldılması və həll olunmamış məsələlərin həlli üçün dialoqun bərpası bütün tərəflərin ümumi marağındadır.
Qeyd edildi ki, bu baxımdan, Gürcüstanın təklif etdiyi dinc qonşuluq təşəbbüsü tərəflərin bir-birinə inamını bərpa etmək üçün möhkəm təməl ola bilər.
Hökumət administrasiyasında keçirilən görüşdə Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Aşot Smbatyan, Xarici əlaqələr komitəsinin sədri Eduard Ağacanyan, elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman komitəsinin sədri Sisak Qabrielyan, Ermənistan Milli Assambleyasının xarici əlaqələr departamentinin rəhbəri Tiqran Seyranyan iştirak edirdi. Görüşdə Gürcüstan tərəfdən hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze və Gürcüstanın Ermənistan Respublikasındakı müvəqqəti nümayəndəsi İrakli Kvançaxadze iştirak edirdi.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.