İrakli Ğaribaşvili - ərazi bütövlüyünü bərpa etmək və ölkənin birləşdirilməsi yolu kimi sülhsevər, müdrik siyasət seçmişik və məqsədimizə mütləq nail olacağımıza inanırıq, Gürcüstan birləşəcək
İrakli Ğaribaşvili - ərazi bütövlüyünü bərpa etmək və ölkənin birləşdirilməsi yolu kimi sülhsevər, müdrik siyasət seçmişik və məqsədimizə mütləq nail olacağımıza inanırıq, Gürcüstan birləşəcək

 

Ərazi bütövlüyünü bərpa etmək və ölkənin birləşdirilməsi yolu kimi sülhsevər, müdrik siyasət seçmişik və məqsədimizə mütləq nail olacağımıza inanırıq, Gürcüstan birləşəcək – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Facebook” sosial şəbəkəsində 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsinin 14-cü ildönümü ilə əlaqədar yazır.

“Bir çox həmvətənlərimizin həyatına son qoyan 2008-ci ilin avqust müharibəsinin başlamasından 14 il ötür. 14 ildir ölkəmizin qəlbi- Samachablo, Sxinvali bölgəsi və Abxaziya Rusiya tərəfindən işğal olunub.

Avqust müharibəsinin qurbanı olan qəhrəman hərbçilərimizin və mülki vətəndaşlarımızın xatirəsi qarşısında baş əyirəm.

Ərazi bütövlüyünü bərpa etmək və ölkənin birləşdirilməsi yolu kimi sülhsevər, müdrik siyasət seçmişik və məqsədimizə mütləq nail olacağımıza inanırıq, Gürcüstan birləşəcək” -deyə İrakli Ğaribaşvili qeyd edir.