İrakli Ğaribaşvili - “ENGEO”ların böyük əksəriyyəti gürcü maraqlarının əleyhinədir, gürcü xalqının əleyhinə işləyirlər və xarici dövlətlərin tapşırıqlarını yerinə yetirirlər
İrakli Ğaribaşvili - “ENGEO”ların böyük əksəriyyəti gürcü maraqlarının əleyhinədir, gürcü xalqının əleyhinə işləyirlər və xarici dövlətlərin tapşırıqlarını yerinə yetirirlər

Mən bütün “ENGEO”ları nəzərdə tutmuram, lakin onların böyük əksəriyyəti birbaşa gürcü maraqlarının əleyhinədir, hər gün dövlətin, gürcü xalqının mənafeyinə zidd işləyirlər, xarici dövlətlərin tapşırıq və maraqlarını yerinə yetirirlər”, – bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili bildirib.

Ğaribaşvilinin sözlərinə görə, bir neçə “ENGEO”nun radikal aksiyalarda necə iştirak etdiyini hamı yaxşı xatırlayır.

“Bu faciədir, xüsusən də biz onların nə etdiyini bilmirik, daha doğrusu biz bilirik, amma ictimaiyyət “ENGEO”ların nə işlə məşğul olduqlarını bilmirlər. Biz yaxşı bilirik bu və ya digər “ENGEO”lar ekstremist, radikal aksiyalarda necə iştirak ediblər, onlar özləri bu ekstremist, radikal aksiyaların təşkilində iştirak ediblər. Xatırlayırsınızmı, LGBT təşkilatı “ENGEO”nun arxasında kim dayanırdı, “Milli Hərəkat”, onların maliyyəçiləri kimlər idi və s. bunlar məntiqli suallardır və bu sualların cavabını “ENGEO”ların özləri verməlidirlər. Bu “ENGEO”ların üzərindəki tabu aradan qaldırılmalıdır. İllər ərzində, onlar hakimiyyətə, kilsəyə, patriarxlığa, hamıya hücum edirlər və bunun müqabilində biz ictimaiyyət sual verəndə, bu qəbuledilməzdir, bağışlayın dostlar, bu ölkədə heç bir təşkilat gizli-qapalı olmamalıdır”, – deyə Ğaribaşvili bildirib.