İrakli Ğaribaşvili - enerji sektoruna əlavə investisiyaların cəlb edilməsinə ehtiyac duyuruq, tempi mümkün qədər sürətləndirməliyik və Gürcüstanda mümkün qədər çox SES tikməliyik
İrakli Ğaribaşvili - enerji sektoruna əlavə investisiyaların cəlb edilməsinə ehtiyac duyuruq, tempi mümkün qədər sürətləndirməliyik və Gürcüstanda mümkün qədər çox SES tikməliyik

 
Enerji sektoruna əlavə investisiyaların cəlb edilməsinə ehtiyac duyuruq, tempi mümkün qədər sürətləndirməliyik və Gürcüstanda mümkün qədər çox SES tikməliyik- bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

Baş nazirin sözlərinə görə, gələn həftə bu istiqamətdə müvafiq təkliflər paketi biznesə təqdim olunacaq.

” Enerji sektoruna əlavə investisiyaların cəlb edilməsinə ehtiyac duyuruq, tempi mümkün qədər sürətləndirməliyik və Gürcüstanda mümkün qədər çox SES tikməliyik. İstər kiçik, istər orta, istərsə də böyük su elektrik stansiyaları olsun, İqtisadiyyat və Maliyyə nazirlərinə bu barədə göstəriş vermişəm. Bir neçə gün ərzində modeli hazırlayıb təqdim edəcəyik və hesab edirəm ki, gələn həftə sahədə generasiya qurğularının tikintisini asanlaşdırmaq üçün biznesə bu təklifi vermək imkanım olacaq. Elektrik enerjisinə olan tələbatımız ildən-ilə artır. İstehlak artır, bu zaman isə generasiya tələbatdan və istehlakdan xeyli geri qalır ki, bu da ölkəmizi, enerji təhlükəsizliyini və ümumilikdə enerji müstəqilliyini böyük risk altında qoyur. Gələn həftə bu istiqamətdə təqdimatımız olacaq və biz bu təkliflərdən ibarət paketi biznesə təqdim edəcəyik” – deyə baş nazir bildirib.