İrakli Ğaribaşvili - Emmanuel Makronla görüşdə mövcud çağırışlar fonunda regional təhlükəsizliyi gücləndirməyin yollarını müzakirə etdik
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Madridə səfəri çərçivəsində Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüş keçirib.
Hökumət başçısı görüşə “Twitter” sosial şəbəkəsində münasibət bildirir və Emmanuel Makronla görüşdə mövcud çağırışlar fonunda regional təhlükəsizliyi gücləndirməyin yollarını müzakirə etdiklərini yazır.
Baş nazirin sözlərinə görə, tarixi tərəfdaş tərəfindən Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə olan dəstəyə görə minnətdardır.
“Fransa Respublikasının Prezidenti Emmanuel Makronla çox yaxşı görüşüm oldu. Tarixi tərəfdaş tərəfindən Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə olan dəstəyə görə minnətdaram. Görüş zamanı mövcud çağırışlar fonunda regional təhlükəsizliyin gücləndirilməsinin yollarını müzakirə etdik. Ölkələrimiz arasındakı uzunmüddətli tərəfdaşlığın dərinləşməsini səbirsizliklə gözləyirəm” -deyə baş nazir qeyd edir.