İrakli Ğaribaşvili Emmanuel Makron və həyat yoldaşının adından təşkil edilən şam yeməyində iştirak edib
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Fransa Prezidenti Emmanuel Makron və xanımı Bricit Makronun adından təşkil edilən şam yeməyində iştirak edib.
Gürcüstan Hökumətinin Administrasiyasının məlumatına əsasən, “Paris Sülh Forumu”nun iştirakçı dövlətləri və hökumət başçılarının şərəfinə şam yeməyi Yelisey sarayında verilib.
Gürcüstanın Baş naziri Fransa Prezidentinin dəvəti ilə noyabrın 8-də Fransaya işgüzar səfərə gedib.