İrakli Ğaribaşvili "Emaar Properties" şirkətinin təsisçisi və icraçı direktoru ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Emaar Properties” şirkətinin təsisçisi və icraçı direktoru Mohamed Əli Rəşed Alabar ilə görüşüb.
Hökumət Administrasiyasında keçirilən görüşdə müxtəlif istiqamətlərdə layihələrin icrası müzakirə edilib.
Qeyd etmək lazımdır ki, konkret layihələri öyrənmək məqsədilə şirkət nümayəndələri artıq bir neçə dəfə Gürcüstana səfər ediblər.
İrakli Ğaribaşvili Gürcüstan hökumətinin “Emaar Properties” şirkətinin ölkəyə sərmayə qoymaq istəyini müsbət qarşıladığını qeyd edib.
“Emaar Properties” Birləşmiş Ərəb Əmirliklərində yerləşən çoxmillətli daşınmaz əmlakın inkişafı şirkətidir. Şirkətin dünya miqyasında 30 milyarddan çox aktivi var və Asiya, Avropa və Şimali Amerikanın bir çox ölkəsində fəaliyyət göstərir.
Görüşdə vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Acara hökumətinin sədri Tornike Rijvadze iştirak ediblər.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.