İrakli Ğaribaşvili - əlaçı tələbələrin təqaüdünü ikiqat artırırıq, bu gündən 5000 əlaçı tələbə təqaüd alacaq, hər tələbəyə 300 lari olacaq
İrakli Ğaribaşvili - əlaçı tələbələrin təqaüdünü ikiqat artırırıq, bu gündən 5000 əlaçı tələbə təqaüd alacaq, hər tələbəyə 300 lari olacaq

 
Əlaçı tələbələrin təqaüdünü ikiqat artırırıq, bu gündən 5000 əlaçı tələbə təqaüd alacaq, bu, hər tələbəyə 300 lari olacaq – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili danışıb.

O, həmçinin hökumətin əlaçı tələbələrin ən yaxşı xarici universitetlərdə təhsil almasının maliyyələşdirildiyi layihəni də gücləndirəcəyini bildirib.

“Biz tələbələrə maksimal olaraq kömək edirik. Hələ mənim ilk baş nazirliyim dövründə biz beynəlxalq təhsil mərkəzinin əsasını qoyduq, 1000-dən çox ən yaxşı, əlaçı tələbəni xaricdəki ən yaxşı universitetlərə göndərdik və onları tamamilə pulsuz oxutduq. Müqayisə üçün onu da yada salmaq istərdim ki, keçmiş hakimiyyətin nümayəndələri, o cümlədən keçmiş prezident öz övladını, öz ailə üzvlərinin təhsilini büdcədən maliyyələşdirirdilər. Fərq budur. Biz mindən çox ən yaxşı, əlaçı tələbəni seçdik və ən yaxşı xarici universitetlərdə oxutduq. Təbii ki, bu insanlar qayıdıb təkcə dövlət qurumunda deyil, özəl strukturlarda da işləyirlər. Bu, bizim zənginliyimiz, gücümüzdür. Bu layihəni daha da gücləndirəcəyik. Yeni nazir bu istiqamətdə işləyir.

İkinci istiqamət istedadlı, əlaçı, yüksək akademik göstəricilərə malik tələbələrə yerindəcə kömək etmək, daha doğrusu, onları qiymətləndirmək, tələbə təqaüdü şəklində bir növ həvəsləndirməkdir. Hazırkı proqram təxminən 2500 tələbə üçün 150 lari təqaüdü nəzərdə tutur. Bu təqaüdü və yardımı ikiqat artıracağıq. Bu gündən hər tələbə üçün 300 lari olacaq və 5000 əlaçı tələbə təqaüd alacaq. Bu, simvolik ola bilər, hərçənd bu, bizim tərəfimizdən, tələbələrimizi qiymətləndirmək üçün bir jestdir. Hazırlanacaq meyarlar nazirin əmri ilə təsdiqlənəcək”- deyə İrakli Ğaribaşvili bildirib.