İrakli Ğaribaşvili - əhalimizin 94 faizi ümumi səhiyyə proqramından yararlanır, bu olduqca böyük nəticədir
İrakli Ğaribaşvili - əhalimizin 94 faizi ümumi səhiyyə proqramından yararlanır, bu olduqca böyük nəticədir

 

2012-ci ildə “Gürcü Arzusu” hakimiyyətə gələndə sabiq baş nazir Bidzina İvanişvili, partiyamızın yaradıcısı təşəbbüslə çıxış etdi və onun qərarı ilə biz ümumi səhiyyə proqramını maliyyələşdirməyə başladıq- bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Sağlamlığın Müdafiəsi Ümumi Dövlət Proqramının on illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Baş nazir dövlətin proqramları on il ərzində 7 milyard lari ilə maliyyələşdirdiyini bildirib.

“Bu gün sizin qarşınıza çıxış etmək mənim üçün böyük şərəfdir. Mən ümumi səhiyyə proqramının 10 illik yubileyinin nəticələrini çox qısa şəkildə ümumiləşdirməyə çalışacağam. Bundan əvvəl 2012-ci ildə hakimiyyətə gələndə üzləşdiyimiz vəziyyəti cəmiyyətimizə xatırlatmaq və bir neçə müqayisəli nümunələr çəkmək istərdim.

2012-ci ildə səhiyyənin büdcəsi olduqca cüzi idi, ümumi səhiyyə proqramlarının maliyyələşdirilməsinə demək olar ki, 70 milyon lari xərclənirdi. Bu, əlbəttə ki, çox cüzi maliyyə idi. Bununla, cəmiyyətimizi əhatə etmək və ümumiyyətlə vətəndaşlarımızın ciddi ehtiyac duyduğu ehtiyacları qarşılamaq imkansız idi. Bu səbəbdən, 2012-ci ildə “Gürcü Arzusu” hakimiyyətə gələndə sabiq baş nazir Bidzina İvanişvili, partiyamızın yaradıcısı təşəbbüslə çıxış etdi və onun qərarı ilə biz ümumi səhiyyə proqramını maliyyələşdirməyə başladıq. Bu gün biz radikal şəkildə dəyişmiş vəziyyətlə qarşı-qarşıyayıq. On il ərzində dövlət proqramları yeddi milyard lari ilə maliyyələşdirib. Bununla biz, həqiqətən, bu sektorda radikal, həlledici dəyişikliklər etdik. Müqayisə üçün deyim ki, əgər əvvəllər əhalinin cəmi 40%-nin tibbi yardım almaq hüququ var idisə, bu gün bu göstərici 94%-ə yüksəlib. Əhalimizin 94 faizi ümumi səhiyyə proqramından yararlanır, bu da olduqca böyük nəticədir” – deyə hökumət başçısı açıqlayıb.