İrakli Ğaribaşvili əfsanəvi gürcü soprano ifaçısı Medea Amiranaşvilinin vəfatından kədərləndiyini bildirib
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili əfsanəvi gürcü soprano ifaçısı Medea Amiranaşvilinin vəfatından kədərləndiyini bildirib.
“Gürcüstanın xalq artisti, əfsanəvi gürcü soprano ifaçısı Medea Amiranaşvilinin vəfatı məni dərindən kədərləndirdi.
Medea Amiranaşvili gürcü və Avropa opera musiqisinin misilsiz ifaçısı, gürcü musiqi sənətinin sadiq pərəstişkarı idi. Elə buna görə də o, operasevərlərin, sənət adamlarının böyük məhəbbətini və hörmətini qazanıb.
Ailənin və yaxınlarının kədərini bölüşür, onun dinləyicilərinə sevimli sənətkarın vəfatı ilə əlaqədar başsağlığı verirəm”, – Baş nazirin başsağlığı məktubunda deyilir.
93 yaşlı xalq artisti, Zakariya Paliaşvili adına mükafatın laureatı, Tbilisi Dövlət Konservatoriyası emeritası, çariça Tamar və dəyər ordeni sahibi, soprano ifaçısı Medea Amiranaşvili vəfat edib.
Müəllif -
Mehemmed Bayramaliyev