İrakli Ğaribaşvili ədliyyə sisteminin işçilərini Ədliyyə Günü münasibətilə təbrik edir
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ədliyyə sisteminin işçilərini Ədliyyə Günü münasibətilə təbrik edir.
Baş nazir ədliyyə sisteminin əməkdaşlarının işə və ölkəyə sədaqətləri ilə qanunun aliliyinin, ədalətin və vətəndaş birliyinin möhkəmlənməsinə xüsusi töhfə verdiklərini qeyd edir.
“Ədliyyə Günü münasibətilə ədliyyə sisteminin bütün əməkdaşlarını təbrik edirəm.
Peşəkarlığınız, işə və vətənə bağlılığınızla qanunun aliliyinin, ədalətin və vətəndaş birliyinin möhkəmlənməsinə xüsusi töhfə verirsiniz.
Olduqca vacib ictimai əməyinizə görə sizə təşəkkür edirəm və uğurlar arzulayıram”- deyə baş nazir qeyd edib.