Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti, Odil Reo Basso Münhendə, konfrans çərçivəsində görüş keçirdilər.
Baş nazir Avropa Yenidənqurma və İnkişaf Bankının Gürcüstanın Avropa istəklərinə göstərdiyi dəstəyə görə EBRD prezidenti, Odil Reno Bassoya təşəkkürünü bildirdi.
Tərəflər Bank tərəfindən maliyyələşdirilən, nəqliyyat infrastrukturu, bələdiyyə infrastrukturu, təhsil, enerji, bank sektoru və kənd təsərrüfatı sahələrində həyata keçirilən cari və gələcək layihələrə nəzər yetirdilər.
Baş nazir EBRD prezidentinə Gürcüstanın iqtisadi vəziyyəti haqqında məlumat verdi və qeyd etdi ki, ölkə dünyanın ən çətin çağırışları qarşısında ikirəqəmli iqtisadi artıma nail olmaqda davam edir, dayanıqlılığı və makroiqtisadi sabitliyi qoruyur.
EBRD ilə əməkdaşlıq zamanı Gürcüstanda dövlət və özəl sektorda 4,9 milyard avroya qədər dəstək həyata keçirilib.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.