İrakli Ğaribaşvili EBRD-ın icraçı direktoru və EBRD-ın Qafqaz üzrə yeni regional direktoru ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) icraçı direktoru Mateo Patrone ilə görüşüb və o, EBRD-ın Qafqaz üzrə yeni regional direktoru Alkis Vrenios Drakinosu hökümət başçısına təqdim edib.
Görüşdə EBRD-ın regional direktoru vəzifəsini icra edən Katarina Byorlin Hansen iştirak edib, o, avqustun 30-da səlahiyyətlərini başa vuracaq, Alkis Vrenios Drakinos isə sentyabrın 1-də vəzifəsinə başlayacaq.
İrakli Ğaribaşvili Alkis Vrenios Drakinosu yeni vəzifəsi münasibətilə təbrik edib, Katarina Byorlin Hansenə Gürcüstan hökuməti ilə səmərəli əməkdaşlığa görə təşəkkür edib. Hökumət başçısı Katarina Byorlin Hansen və Alkis Vrenios Drakinosa gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstan və EBRD arasında əməkdaşlığın əsas istiqamətləri və layihələri müzakirə edilib. Baş nazir ölkənin strateji istiqamətlərinin maliyyələşdirilməsi baxımından EBRD-ın dəstəyinin vacibliyini vurğulayıb. İrakli Ğaribaşvilinin sözlərinə görə, Gürcüstan Avropa istəkləri olan, Avropa iqtisadi transformasiya yolunda gedən ölkədir və bu prosesdə EBRD-ın rolu mühümdür.
Bildirilib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Gürcüstanda 286 layihəyə təxminən beş milyard avro sərmayə qoyub.
İrakli Ğaribaşvili Gürcüstan hökumətinin iqtisadi istiqamətdə əldə etdiyi irəliləyişləri vurğulayıb və qeyd edib ki, dünyada mövcud olan çağırışlara baxmayaraq, düzgün siyasət nəticəsində son iki ildə ölkədə ikirəqəmli iqtisadi artım müşahidə olunub.
Görüşdə tərəflər əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib və gələcək əməkdaşlıq perspektivlərini müəyyən ediblər.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayıb.