İrakli Ğaribaşvili Eagle Hills və Emaar Properties-in təsisçisi, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Eagle Hills”-in təsisçisi, direktorlar şurasının sədri, “Emaar Properties”-in təsisçisi və icraçı direktoru Mohammadali Rashed Alabar, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Əhməd Əli Mohamed Abdullah Alsaye ilə görüşüb.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata əsasən, Hökumət Administrasiyasında keçirilən görüşdə Mohammadali Rashed Alabarın investisiya qoymaq istəyini ifadə etdiyi konkret layihələr müzakirə edilib.
“Gürcüstanda əlverişli biznes mühiti və ölkədə kurortların inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.
Emaar Properties Birləşmiş Ərəb Əmirliklərində yerləşən çoxmillətli daşınmaz əmlakın inkişafı şirkətidir. Şirkətin dünya üzrə 30 milyarddan çox aktivi var. Emaar Properties Asiya, Avropa və Şimali Amerikanın bir sıra ölkələrində fəaliyyət göstərir.
“Eagle Hills” isə Birləşmiş Ərəb Əmirliklərinin daşınmaz əmlak inkişafı şirkətidir, 2014-cü ildə təsis edilib və dünyanın 9 ölkəsində 45-ə qədər layihə həyata keçirib” – deyə baş nazirin mətbuat xidmətindən bildirilib.
Verilmiş məlumatda Hökumət Administrasiyasında keçirilən görüşdə Eagle Hills şirkətinin direktorlar şurasının icraçı üzvü Əhməd Tani Rased Almatruş, Birləşmiş Ərəb Əmirliklərinin Gürcüstandakı səfiri Əhməd İbrahim Əhməd Taher Əl Nuaimi, vitse baş nazir Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze iştirak ediblər.