İrakli Ğaribaşvili - düzgün, nəticəyönlü siyasətimizlə biz ölkənin birliyinə nail olacağıq, bu, bizim ümumi böyük arzumuzdur və bu, milli məqsəd olmalıdır
İrakli Ğaribaşvili - düzgün, nəticəyönlü siyasətimizlə biz ölkənin birliyinə nail olacağıq, bu, bizim ümumi böyük arzumuzdur və bu, milli məqsəd olmalıdır

 
Çox gözəl başa düşürük ki, siz uzun illərdir ki, mənzillərin verilməsini gözləyirsiniz. Əzəli, tarixi ərazilərimizi müvəqqəti itirdiyimizdən bu illər ərzində hamımız birlikdə çox sınaqlardan keçdik. Mən yaxşı bilirəm ki, bu müharibə bizə nə qədər ağrılar verib -bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Kutaisidə köçkün ailələrinə mənzillərin verilməsi mərasimində çıxışı zamanı açıqlayıb.

İrakli Ğaribaşvili bu gün ölkənin 20%-nin müvəqqəti işğal altında olduğunu və bunun müvəqqəti işğal olduğunu bildirib.

“Biz bu müharibələrdə çoxlu həmvətənlərimizi itirdik və ən əsası bu gün ölkəmizin 20%-i müvəqqəti olaraq işğal altındadır. Xüsusilə qeyd etmək istərdim ki, bu müvəqqəti işğaldır. İnanıram ki, tanrının köməkliyi ilə düzgün siyasətimiz, nəticəyönlü siyasətimizlə ölkəmizin birliyinə nail olacağıq. Bu, bizim ümumi məqsədimizdir, ümumi böyük arzumuzdur və bu, milli məqsəd olmalıdır.

Siyasətçilərimiz üçün müxalifətdə və ya iqtidarda olmasından asılı olmayaraq hamının vəzifəsi birləşmək olmalıdır. İnanıram ki, o gün mütləq gələcək, çünki bizim sülhsevər siyasətimiz bizi bu böyük məqsədə hər gün daha da yaxınlaşdırır. Mən buna dərindən inanıram. İnanıram ki, bunun alternativi yoxdur”- deyə hökumət başçısı açıqlayıb.