İrakli Ğaribaşvili -dünyasını dəyişən vətəndaşlarımızın faciəsi və müsibətləri ilə bağlı siyasi gündəm yaratmamağınızı xahiş etmək istərdim
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Ukraynada gürcü döyüşçülərin həlak olmasından dolayı məyusluğunu ifadə edib, həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı verib.
“Ukraynada həlak olan Xoperianın ailəsinə bir daha başsağlığı vermək istəyirəm. Hamınızdan dünyasını dəyişən vətəndaşlarımızın faciəsi və müsibətləri ilə bağlı siyasi gündəm yaratmamağınızı xahiş etmək istərdim. Bir daha tanrı onların ruhunu nurlar içərisində yatırsın və bu bədbəxtliyi və müsibəti bizdən uzaq etsin” – deyə İrakli Ğaribaşvili açıqlayıb.
Fevralın 24-dən bu günə qədər Rusiyanın Ukraynadakı müharibəsində 33 gürcü döyüşçü həyatını itirib.