İrakli Ğaribaşvili - dünyada heç bir ölkənin hökuməti öz vətəndaşlarını Ukraynada döyüş əməliyyatlarında iştiraka çağırmır, onlar vətəndaşlarına müraciət edirlər ki, Ukraynaya qarşı həmrəyliklərini fərqli formada ifadə etsinlər
Bu gün dünyada heç bir ölkənin hökuməti, hakimiyyəti öz vətəndaşlarını Ukraynada döyüş əməliyyatlarında iştiraka çağırmır, birmənalı və açıq şəkildə bəyan etmğək istəyirəm, əksinə, – bu barədə Kobuletidə jurnalistlərə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili bəyan etdi.
Hökumət başçısı qeyd etdi ki, ABŞ, Böyük Britaniya, Fransa və Avropa liderlərinin çıxışlarını hamı dinlədi. Onlar bəyan etdilər ki, vətəndaşlarına müraciət edirlər ki, Ukraynaya qarşı həmrəyliklərini fərqli formada, o cümlədən humanitar yükün göndəriləməsi ilə ifadə etsinlər.
“Mən sünya liderlərinin bu çağırışına qoşuluram və bir daha vətəndaşlarımıza müraciət etməök istyəyirəm, Ukryna və Ukrayna xalqına qarşı həmrəyliyimizi başqa forma ilə ifadə edək, istər bu humanitar yardım olsun istər başqa, o cümlədən buraya gələn Ukrayna vətəndaşlarına yardım. Bizim mövqeyimiz budur”, – baş nazir bəyan etdi.