İrakli Ğaribaşvili - dünyada davam edən müharibələr və böhranlardan narahatıq, ölkələr qərara ehtiyac duyur
Dünyada davam edən müharibələr və böhranlardan narahatıq, ölkələr qərara ehtiyac duyur, əgər məsələni müharibə ilə həll edə bilmirsinizsə, əyləşib danışıqlar aparın – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Paris Sülh Forumunda açıqlayıb.
Gürcüstan hökumətinin başçısı panel müzakirəsi zamanı dünyada davam edən müharibə və münaqişələrlə bağlı sualı cavablandırıb.
“Dünyada davam edən müharibələr və böhranlardan nə qədər narahat olduğumuzu bir daha demək istəyirəm və sualın müəllifi “HƏMAS” və İsrail arasında davam edən böhranı qeyd edib. Gürcüstan terrorizmi, dinc əhaliyə qarşı terror aktlarını pisləyir. Başlanğıcda dediklərimi təkrar edəcəyəm, ölkələr qərara ehtiyac duyur, əgər məsələni müharibə ilə həll edə bilmirsinizsə, əyləşib danışıqlar aparın, bu, vəziyyətlə bağlı mənim son mövqeyimdir” –deyə Ğaribaşvili bildirib.